Azerbaycanlı avukattan Karabağ zaferi için Ali Başkomutana övgü...

Azerbaycanlı avukattan Karabağ zaferi için Ali Başkomutana övgü dolu sözler...

24 Aralık 2020 - 17:08 - Güncelleme: 24 Aralık 2020 - 17:36

Avukat Samirə Qasımova Karabağ'da Azerbaycan ordusunun zaferine ilişkin sözlerini aktardı


Bu gün hər birimiz Qarabağlıyıq! Hər guşəsi zəngin Qarabağ. Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir.

Qarabağ Azərbaycanın qədim tarixi vilayətlərindən biridir. Qarabağ havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkandir. Bu torpaq tariximizə neçə -neçə dahi sənətkar, korifeylər bəxş edib. Şuşanı Azərbaycanın konservatoriyası adlandırırdılar. Bu zəngin və şöhrətli məkanlar mənfur ermənilərin tapdağı altında inləyirdi 30 ildir.

Ali Baş Komandanımızın qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək göstərən qürurlu xalqımızın birliyi sayəsində zəfər qazandıq. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin reallaşdırdığı ordu quruculuğu öz nəticələrini göstərdi. İqtisasdi inkişafın təmin edilməsi sayəsində güclü ordu yaradıldı. Məhz belə güclü və müasir ordu qarşısında Ermənistan Azərbaycan Prezidentinin şərtlərini qəbul etdi və təslim oldu. Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü 30 ildir işğal altında olan torpaqlarımızı azadlığa qovuşdurdu. Ölkəmiz Vətən Müharibəsində tam qələbə çalaraq Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli birgə bəyanatı ölkəmizin tarixi qələbəsini özündə əks etdirməklə, müharibəyə son qoydu.

Bu qələbə şəhidlərimizin ruhunu şad etmişdir. Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır. Qəhrəmanlıq göstərən igidlər yetirən ŞƏHİD ANALARI qarşısında böyük ehtiramla və Minnətdarlıqla baş əyirəm.. Əsrlərə sığmayan Tarix yazan Azərbaycan ordusuna eşq olsun! Vətənimə Azadlıq bəxş edən Ali Baş Komandana eşq olsun! Millətimə Qələbə sevinci yaşadan Ali Baş Komandana eşq olsun!.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə tarixin arxivinə getdi. N.Paşinyan hökumətinin yalançı pafos üzərində səsləndirdikləri saxta vətənpərvərlik çağırışları da artıq heç bir effekt vermir. Və bu həmin Nikol Paşinyandır ki, hakimiyyətə yiyələnəndə də pafoslu, odlu-alovlu çıxışlar edib, xalqını aldadırdı, indi isə erməni xalqının başını bu cür çıxılmaz, ağrılı-acılı cəngəllərə doğru itələyir.

Mən Cənab Prezidentimizə öz təşəkkürümü bildirmək istəyirəm.. Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Siz illərdir hər bir azərbaycanlının köksündə yara bağlamış Vətən həsrətinə, Qarabağ ayrılığına son qoydunuz. Düşmən tapdağında olan vətən torpağı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin layiqincə davam etdirdiyiniz uğurlu siyasət, güclü və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində azad olundu. Biz bütün Azərbaycan xalqı olaraq böyük bir tarixə şahidlik etdik. Sizin zəngin dünyagörüşünüz, uzaqgörən siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında əsas rol oynadı.

Cənab Prezident, sizin rəhbərliyinizlə qurulan güclü ordumuz düşmənin 30 ildə qurduğu mövqeləri 44 günün içində yerlə yeksan etdi. Bu qürurlu tarixə şahid olduğumuz üçün sizə minnətdarıq. Var olsun Azərbaycan xalqı! Var olsun Azərbaycan Ordusu! Yaşasın Azərbaycan! QARABAĞ AZƏRBAYCANDIR!

Samirə Qasımova

YORUMLAR

  • 0 Yorum
Henüz Yorum Eklenmemiştir.İlk yorum yapan siz olun..
İLGİNİZİ ÇEKEBİLİR x
İzmir Beyaza Büründü
Cumhurbaşkanı Erdoğan: Ülkemizin ve milletimizin geleceği için...